AzVision.az xəbər verir ki, məşhur müğənnilər və sənətçilər yanan binanın qarşısına gələrək, dəhşətli yanğında ölənləri yad ediblər.
Anım mərasimində Xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Sevda Ələkbərzadə, Murad Dadaşov, aparıcılar Kamilə Babayeva, Xədicə Sənanqızı və olimpiya çempionu Elnur Məmmədli iştirak edib.
Bir sıra vətənpərvərlik mahnılarının sözlərinin müəllifi, şair Cəlal Qurbanov öz facebook səhifəsində yazıb ki, “Tarixi idman oyunları ərəfisində baş vermiş bu təxribat xarakterli faciə hamımızı sarsıltdı. Ən təsirlisi isə körpələrimizin vaxtsız itkisidir. Bu faciə ilə üzləşən hər bir ailənin dərdi bizim ümumi dərdimizdir. Gəlin, məsum körpələrimizi təxribatların qurbanına çevirməyə izin verməyək. Unutmayaq ki, hər birimizin evində bir FƏRƏH böyüyür.
Biz əminik ki, dövlətimiz, üçün mühüm əhəmiyyət kəsb edən ölkəmizdə keçiriləcək İlk Avropa oyunları ərəfəsində törədilmiş təxribat xarakterli hadisədə əli olan hər bir kəs öz layiqli cəzasını alacaq. Gəlin birlikdə ölkəmizin sabitliyini pozanlara qarşı MÜBARİZ olaq!”
AzVision.az