Yanan binanın qarşısında matəm melodiyası
Müğənni APA-ya açıqlamasında ifa etdiyi melodiyanı binada yanğın zamanı ölən insanların ruhuna ithaf etdiyini açıqlayıb: “Demək olar ki, bu gün ölkəmiz matəm içindədir. Çox dəhşətli hadisə idi. Bu gün bura gəlməyi vətəndaş olaraq özümə borc bildim. Həyətdə yanmış fortepianonu görüb düşündüm ki, bu, həmin hadisədə həyatını itirən insanlara, azyaşlılara məxsus ola bilər. Pianoda Bethovenin və Fikrət Əmirovun lirik melodiyalarını çaldım. Bu ifaları həmin hadisədə ölən insanların xatirəsinə ithaf edirəm”.