Lahıc buradan gözəl görünür - Fotosessiya

Lahıc buradan gözəl görünür - Fotosessiya
  25 May 2015    Oxunub:12445
İsmayıllı rayonunun Lahıc kəndi I Avropa Oyunlarını izləmək üçün Azərbaycana gələcək turistlərin istirahəti üçün gözəl məkanlardan biridir.
Dağlar arasında yerləşən Lahıc Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir.

Lahıc Girdiman çayı sahilində yerləşməklə Babadag və Niyaldag silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaratmışdır.

Lahıcın ən möhtöşəm abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahicın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunmuşdur. Binaya giriş iki tərəfdən mümkündür: Bədəvan məscidi (bu məscid də xeyriyyəçi Hacı Paşanın şəxsi vəsaiti hesabına inşa olunub) tərəfdən, ikincisi Girdiman çayının sol sahili istiqamətdən.Bu binanı Lahıc camaatı "Hacılar həyəti" də adlandırırlar.

Lahıc Tarix-Mədəniyyət qoruğu elan olunduqdan sonra Hacı Paşa evi dövlət tərəfindən qorunan abidələrin siyahısına (səhvən Hacı Qurban evi kimi) daxil edilmiş, lakin bu möhtəşəm tarixi abidənin qorunub saxlanılması ücün heç bir iş görülməmişdir. İldən-ilə bu tarixi abidə baxımsızlıqdan uçub-dağılır.

Qalereya




Teqlər:  





Xəbər lenti