Erməni lobbisinin imkanları azalır

Erməni lobbisinin imkanları azalır
  31 May 2013    Oxunub:1705
Müxtəlif ölkələrdəki erməni lobbilərinin strateji məqsədlərindən biri Dağlıq Qarabağ üzərində nəzarəti gücləndirməkdir. Misal üçün, Fransada FETKŞ Fransa hökümətinə Qarabağın müstəqilliyini tanımaqdan ötrü təzyiq edir. Brüsseldə yerləşən Ermənistanın Avropalı Dostları (EAD) uzun zamandır AB-ni Qarabağa daimi müşahidə missiyası göndərməyə təhrik edir. Buna görə də, Ermənistan münaqişəni həll etməkdə deyil, dondurmaqda maraqlıdır və bunu da beynəlxalq ictimaiyyət görür.

Bakının müdafiə xərclərini getdikcə artırması Ermənistanı qorxmağa vadar edir. Nəticədə, Azərbaycanın neftdən gələn gəlirini tarazlaşdırmaq üçün Ermənistan hər zaman xarici himayədarlar axtarışındadır. Bu baxımdan erməni lobbisinin əsas qaynaqlarından biri ABŞ-dır. Konqressin Tədqiqat Xidmətinin hesabatına görə, 1998-2011-illər ərzində ABŞ Dağlıq Qarabağa 36 milyon dollardan artıq maliyyə ayırıb. Azərbaycana maliyyə ayrılmasına isə “Azadlığa Dəstəkl Aktı”na edilən 907-ci düzəliş imkan vermir.

Amma son illərdə yaranan geosiyasi reallıqlar nəticəsində vəziyət dəyişməkdədir.

Senat ABŞ-ın milli maraqları tələb etdiyi təqdirdə Prezidentə bu düzəlişdəki məhdudiyyətlərdən imtina etmək imkanı verən qanun layihəsi qəbul edəndən sonra (2001-ci ildə) ABŞ-ın mövqeyi dəyişməyə başladı. Qanun layihəsinə görə, Prezident Azərbaycana maliyyə təminatı ayıra bilər, əgər maliyyə:
- ABŞ-ın bəynəlxalq terrorizmlə mübarizə cəhdlərini dəstəkləmək üçün lazımdırsa;
- Beynəlxalq terrorizmlə mübarizə aparmaq üçün ABŞ Silahlı Qüvvələrinin və ya koalisiya tərəfdaşlarının operativ hazırlığını dəstəkləmək üçün lazımdırsa;
- Azərbaycanın sərhədlərinin təhlükəsizliyi üçün əhəmiyyətlidirsə;
- Azərbaycan və Ermənistan arasında davam etməkdə olan sülh danışıqlarına mane olmayacaq və ya pisləşdirməyəcək və yaxud Ermənistan əleyhinə zorakı məqsədlər üçün istifadə edilməyəcəksə.
(Azərbaycan Hökümətinə Yardım haqqında Azadlığa Dəstək Aktının 907-ci düzəlişindən çıxarış, 2008)

Əslində 9/11 terror hücumundan sonra Vaşinqton tədricən illik əsaslarla bu düzəlişdən imtina etməyə başlayıb, çünkü terrora qarşı müharibədə və Qafqaz və Mərkəzi Asiyada dini ekstremizmin nəzarətdə saxlanılmasında Bakı strateji tərəfdaşa çevrilib. Nəticədə, 2002-ci ildən bəri ABŞ prezidentləri bu düzəlişdən imtina etməyə başlayıblar. Bununla belə, Vaşinqtonun Azərbaycana ayırdığı maliyyə Ermənistana ayrılan maliyyənin yarısından az olsa da, erməni lobbisi hər il qəti sürətdə 907 saylı düzəlişin rədd olunmasına qarşı çıxır

Düzdür, Bakı Yerevandan iki dəfə az maliyyə alır. 2012-ci il maliyyə ilində Ermənistan Dağlıq Qarabağa görə ayrılan 2 miyon dollardan əlavə 40 milyon dollar aldığı halda Azərbaycan 20.9 milyon dollar alıb. 2013-cü il maliyyə ilində Prezident Obamanın təsdiqlədyi ixtisarlara baxmayaraq, ABŞ Ermənistana 32.5 milyon və Azərbaycana 16.3 milyon maliyyə ayıracaq. Amma hərbi yardım məqsədi daşıyan maliyyə hər iki ölkə üçün bərabər olmalıdır: $2.7 milyon Xarici Hərbi Maliyyələşdirmə üçün və $0.6 milyon Beynəlxalq Hərbi Təhsil və Təlim üçün.

AzVision.az


Teqlər:  





Xəbər lenti