FHN Akademiyasında Respublika Günü qeyd olunub

Trend nazirliyin saytına istinadən məlumat verir ki, akademiyanın inzibati binasının akt zalında təşkil ounan tədbiri açan FHN-in Akademiyasının rəisi general-mayor Pənah Süleymanov tədbir iştirakçılarını salamlamış və Respublika Günü münasibətilə təbrik edib.
Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib.
28 May - Respublika Gününün əhəmiyyətindən danışan akademiyanın rəisi müstəqilliyimizin bərpasında və qorunmasında ümummilli lider Heydər Əliyevin misilsiz rolunu qeyd edib, onun siyasi kursunun layiqli davamçısı, müstəqilliyimizin möhkəmləndirilməsi və dövlətimizin qüdrətinin artırılması naminə yorulmadan çalışan ölkə Prezidenti cənab İlham Əliyevin xidmətlərindən söz açıb.
Daha sonra çıxış edən FHN Akademiyasının rəis müavini polkovnik Afət Qurbanov müstəqilliyimizin tarixindən söz açıb, bu günün əhəmiyyətindən bəhs edib.