Şəkidə avtobus aşdı: 4 yaralı

Şəkidə avtobus aşdı: 4 yaralı
  28 May 2015    Oxunub:1613
Şəkidə 75 yaşlı kişinin idarə etdiyi mikroavtobusun aşması nəticəsində 4 nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumata görə, hadisə bu gün saat 17.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki rayonu Çələbixan qəsəbə sakini 1940-cı il təvəllüdlü, Afdandil Əlış oğlu Əliyevin Bərdə -Şəki marşrutu ilə idarə etdiyi mikroavtobus şini partlaması səbəbindən mikroavtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü Afdandil Əliyev və onun sərnişinləri, Şəki rayonu Çayqaraqoyunlu kənd sakinləri, 1962-ci il təvəllüdlü Zasta Sərdar qızı İbrahimova, 1966-cı il təvəllüdlü Sevda Yusif qızı İbrahimova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Şəki RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılardan Afdandil Əliyevin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Zasta və Sevda İbrahimovaların vəziyyəti yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Məlumatda bildirilir ki, daha bir yaralı, 1979-cu il təvəllüdlü Elman Zahid oğlu Quliyevə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti