“Anarın sayəsində gör nə qədər adam Bakını sevib. Anarın yanına, Azərbaycana gələnlərin hamısı bu ölkəyə vurulub. O, öz Vətəninin qeyri-rəsmi səfiri idi” – Anarın dostu, “VayT Media” şirkətinin baş prodüseri Timur Vaynşteyn gecəni bu sözlərlə açıb:
“Axı dinlənilmək üçün insanların səni dinləmək istəməsi lazımdır. Cəmiyyətdə elə bir mövqe tutmalısan ki, səni eşitsinlər. Anar belə bir mövqe tutmuşdu”.
Layihənin müəllifi – A.Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanova ailəsi adından təşəkkür edib:
“Biz – onun əzizləri və dostları Anarın bütün esselərini, məqalələrini və müsahibələrini nəşr etdirmək təklifi ilə Dövlət Mükafatı laureatı, Azərbaycanın Əməkdar Jurnalisti Elmira Axundovaya müraciət etdik və o, ideyamızı dəstəklədi. Buna görə ona çox minnətdarıq”. (Azərtac)