Məktəbli oğlan dəhşətli qəzanın qurbanı oldu

Məktəbli oğlan dəhşətli qəzanın qurbanı oldu
  31 May 2015    Oxunub:3396
Bu gün səhər saatlarında Bakı-Qazax yolunun 219-cu kilometrliyində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az report-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Ucar rayon Təzə Şilyan kənd sakini İsrailov Mahir Yolçu oğlu yolu keçərkən Bakı istiqamətində hərəkətdə olan, 1994-cü il təvəllüdlü Muradov Sahil Fəxlədər oğlunun idarə etdiyi "57 BA 154" dövlət nömrə nişanlı yük maşını ilə vurulub.

15 yaşlı məktəbli aldığı açıq kəllə-beyin travması nəticəsində hadisə yerində keçinib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti