Qax sakini çayda boğulub

Qax sakini çayda boğulub
  31 May 2015    Oxunub:2637
Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Azərbaycanın Gürcüstanla sərhədində, Qax rayonu Calayır kənd inzibati ərazisinin yaxınlığında Alazan çayında baş verib.

Rayonun Turaclı kənd sakini Qəzənfər adlı şəxs hələlik məlum olmayan səbəbdən Alazan çayına düşərək boğulub.

Boğulan şəxsin arıçılıqla məşğul olduğu, onun meyitinin oğlu tərəfindən sudan çıxarıldığı bildirilir.

Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.


Teqlər:





Xəbər lenti