Qaradağda ağır qəza, maşın dərəyə aşdı

Qaradağda ağır qəza, maşın dərəyə aşdı
  01 İyun 2015    Oxunub:1293
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonu Bakı-Qazax magistral avtomobil yolunun 60-cı kilometrliyində “Nissan” markalı minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bir nəfər sərnişin deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 05:36-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti