Oğuzda məktəb yandı

Oğuzda məktəb yandı
  01 İyun 2015    Oxunub:1445
Oğuz rayonunun Xaçmaz kəndində yanğın hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, kənddə ümumi sahəsi 532 kvadratmetr olan birmərtəbəli inzibati binanın - məktəbin 4 otağının yanar konstruksiyaları 182 kv.m sahədə yanıb.

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:



Xəbər lenti