Siqaret çəkənlərin diqqətinə - ayağınızı kəsə bilərlər

Siqaret çəkənlərin diqqətinə - ayağınızı kəsə bilərlər
  02 İyun 2015    Oxunub:3021
Dünyada sıx rast gəlinən və müalicə edilmədiyi təqdirdə həyat üçün təhlükə saçan buerger xəstəliyinə sadəcə siqaret çəkənlər yoluxur. Siqaret asılısı olanların yoluxduğu buerger xəstəliyi, əsasən, ayaq və qoldakı arteriya damarlarında tıxanmalara səbəb olur.
Buerger xəstəliyi haqqında məlumatları təqdim edir.

Buerger xəstəliyi siqaret çəkənlərdə və siqaret dumanına məruz qalanlarda görülür. Bu xəstəliyə yoluxanların böyük əksəriyyəti 30-50 yaş arası siqaret asılısı olan kişilərdir. Son araşdırmalara görə isə, qadınlarda da rastlanır.

Sağalmayan yaralara səbəb olur

Buerger xəstəliyi daha çox ayaq damarlarında, az hallarda əl və qol damarlarında tıxanma şəklində ortaya çıxır. Damar tıxananda barmaqlara gedən qan azalır. Yeriyərkən ağrı olur. Xəstəliyin irəliləyən dövrlərində barmaqlarda ağrı, uzun müddət sağalmayan yaralar və qanqren yaşana bilər. Müalicə edilmədiyi təqdirdə ayağın amputasiyasına səbəb olur.

Əlamətləri nələrdir?

Yeriyərkən ayaq dabanında və ayaq əzələlərində ağrı olur. Yeriyərkən başlayan, dincələrkən keçən bir ağrıdır.

Tez-tez yerimək və hündürlüyü çıxmaq çətinləşir.

Ayaq və barmaqlarda soyuqluq, keyimə olur.

Xəstəlik irəlilədikcə ayaq barmaqları və topuqlarda yaralar yaranır.

Ən ağır halda isə qanqrenə gətirib çıxarır.

Müalicəsi üçün siqareti tərgitmək lazımdır. Siqaret tərgitməklə bu xəstəliyin irəliləməsini dayandırmaq olar.

Əl və ayaqlarda hiss edilən soyuqluq, qaşıntı, keyimələr buerger xəstəliyinin ilk əlamətləri kimi bilinir. Diqqətli olmaq vacibdir. (lent.az)


Teqlər:





Xəbər lenti