Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
  02 İyun 2015    Oxunub:1636
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 18-19, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Şıx, Sahildə 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 02-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti