`Bu səs-küy reklam üçündür` - Şahbaz Xuduoğlu

`Bu səs-küy reklam üçündür` - Şahbaz Xuduoğlu
  04 İyun 2015    Oxunub:2249
“Əli və Nino” kitab evləri şəbəkəsi ilə kitab müəllifi Qan Turalı arasında yaşanan qalmaqalda adı hallandırılan tərəflərdən biri də “Qanun” nəşriyyatıdır. Mağazaya qarşı kampaniya aparmağa çalışanlar iddia edirlər ki, “Əli və Nino” şəbəkəsi “Qanun” nəşriyyatı ilə əlbir olaraq, monopoliya yaratmaq niyyətindədir.

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduğlu AzVision.az-a bildirib ki, bu fikirlərin hamısı yalandır: “Biz kitab dükanlarına təzyiq edə bilmərik ki, filan yazarın kitabını satmalısnız və ya satmalı deyilsiniz. Ortalıqda belə bir razılaşma, saziş yoxdur”.

Nəşriyyat direktorunun sözlərinə görə, yaradılan səs-küy reklam məqsədi daşıyır.

- Bizim kitablar bütün dükanlarda çox yaxşı satılır, bunu kitab dükanları da təsdiq edə bilərlər. Çünki kefiyyətli kitablar nəşr edilir. 20- yə qədər Nobel mükafatçısının kitabı nəşr edilib, dünyanın ən müasir, oxunan yazarlarının əsərləri Azərbaycan dilinə tərcümə olunub. Eyni zamanda klassik ədəbiyyat, Azərbaycanda nəşr olunmayan çoxlu sayda kitab nəşr edirik,- deyə Xuduoğlu bildirib.

Şahanə


Teqlər:





Xəbər lenti