Niyaməddin Orduxanlı `inbox qalmaqalı`na aydınlıq gətirdi

Niyaməddin Orduxanlı `inbox qalmaqalı`na aydınlıq gətirdi
  06 İyun 2015    Oxunub:2214
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı facebook sosial şəbəkəsində onun adından yaradılmış saxta profillər vasitəsilə yayılan yazışmalara aydınlıq gətirib.

Uzun illərdir BAXCP-də fəaliyyət göstərdiyini xatırladan Orduxanlı sədrinin və liderinin Qüdrət Həsənquliyev olduğunu deyib: “Məni yaxından tanıyan şəxslər də çox yaxşı bilir ki, əqidəmə və liderimə hər zaman sədaqətli olmuşam. Çox təəssüf, facebook sosial şəbəkəsi imkan verir ki, hər bir adamın saxta profilini yaradıb, onun adından çıxış etsinlər. Mənim adımdan yayılan yazıların hamısı saxta profillə görülən işlərdir”.

Niyamməddin Orduxanlı təmsil etdiyi təşkilatın müxalifət partiyası olduğunu deyib: “Lakin biz ölkənin inkişafını innovativ dəyişikliklərdə və islahatlarda görürük, radikal düşüncənin cəmiyyətin inkişafı üçün təhlükəli olduğunu düşünürük. Mən dövlətimə, onun atributlarına, dövlətimizin başçısına sayğı ilə yanaşan bir adamam. Hər zaman acıq şəkildə bəyan etmişəm ki, hər bir vətəndaş prezidentə hörmət və etiramla yanaşmalıdır. YAP rəhbəriyində olan Siyavuş Novruzov da bəyan edib ki, onun adına açılan facebook səhifəsi saxtadır. Sual olunur: bir gün ərzində yaradılmış profilə niyə mən bu cür yazılar yazmalı idim? Bütün bunlar saxtakar adamların uydurması və “təxribat”dan başqa bir şey deyil. Bu hadisəni birbaşa siyasi fəaliyyətimlə əlaqənləndirirəm”.

BAXCP yetkilisinin sözlərinə görə, facebook-da 5 saxta “Nyaməddin Orduxanlı” səhifəsi yaradıblar: “Odur ki, bütün dostlara müraciət edirəm: Facebook-da 1 real profilim var. Saxta profillərə heç bir əhəmiyyət verməyin. Mənim adımdan açılan saxta profillərin kimlər tərəfindən yaradılmasının aşkarlanması hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Bu adamları tapıb, ifşa etmək, hüquqi məsuliyyətə cəlb etmək lazımdır”.


Teqlər:





Xəbər lenti