8 yaşlı qızı maşın vurdu

8 yaşlı qızı maşın vurdu
  06 İyun 2015    Oxunub:1774
Gəncədə yolu keçmək istəyən 8 yaşlı uşağı maşın vurub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün şəhərin Həzi Aslanov küçəsində qeydə alınıb. Şəhər sakini, 2007-ci il təvəllüdlü Ayişə Zeynalova yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan qız sürücü tərəfindən əvvəlcə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına sonra isə 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Həkimlər qızın vəziyyətini normal qiymətləndirirlər.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti