9 yaşlı oğlan 3 yaşlı qardaşını güllələdi- Dəhşət

9 yaşlı oğlan 3 yaşlı qardaşını güllələdi- Dəhşət
  08 İyun 2015    Oxunub:3037
Salyanda 9 yaşlı uşaq 3 yaşlı qardaşını güllələyib, nəticədə uşaq aldığı güllə yarasından ölüb.
AzVision.az xəbər verir ki, kənd sakinlərindən APA-ya verilən məlumata görə, hadisə rayonun Düzənlik kəndində Vüqar Məmmədovun ailəsində baş verib.

Bakı şəhərində yaşayan və əslən Salyan rayonunun Düzənlik kəndindən olan Vüqar Məmmədov həmin kəndə qaynatasının evinə qonaq gəlib.

Burda valideynlərinin gözündən yayınan 9 yaşlı Rəmzi Vüqar oğlu Məmmədov ov tüfəngi ilə oynamağa başlayıb və atəş açıb. Açılan atəş bir az aralıda olan 3 yaşlı qardaşı Telmanın ağız nahiyəsindən dəyib. Sonuncu aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.


Teqlər:





Xəbər lenti