Bakıda polis maşını aşırdı: ölən və yaralanan var

Bakıda polis maşını aşırdı: ölən və yaralanan var
  08 İyun 2015    Oxunub:4883
Bakıda Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşı şəxsi avtomobilində qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, bölmədən Anspress-ə verilən məlumata görə, qəza Mərdəkan-Buzovna yolunda qeydə alınıb.

Həmin yolda hərəkət edən 12-ci polis bölməsinin əməkdaşı, polis-leytenantı, 1993-cü il təvəllüdlü Oqtay Rəhimov idarə etdiyi şəxsi “Hyundai" markalı avtomobilini aşırıb.

Qəza nəticəsində polis və onun sərnişini ağır yaralanıb. Hər iki yaralı xəstəxana yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq maşında olan sərnişin dünyasını dəyişib. Polis əməkdaşının vəziyyəti isə ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti