Deputat Saraydakı qətldən yazdı: `Dəhşətli bir faciədir`
“Bir az öncə Saray qəsəbəsinin bələdiyyə sədri Vəsilə xanımın və həyat yoldaşı Vəfadar Əbilhəsənovun yas mərasimində iştirak etdik. Çox dəhşətli bir faciədir. Ailənin balaca uşaqlarının bu dəhşətli faciəni görmələri isə bir başqa dəhşətdir. Sözlə ifadə edilməyəcək qədər ağır bir faciədir. Allahdan Vəsilə xanıma və həyat yoldaşına rəhmət, əzizlərinə səbr diləyirik. İnşallah bu faciəni törədən layiq olduğu cəzanı alacaq. Amma anasız və atasız böyüyəcək o iki günahsız körpənin içərisindəki acını azaltmaq çox çətin olacaq. Həm də çox çətin. Allah onlara yardımçı olsun”.
Hafiz Əhmədov