Millət vəkili Türk dünyasını Oyunları izləməyə dəvət etdi
Türk dövlət və toplumlarından gəlmiş millət vəkilləri, KİV rəhbərləri, yazar, şair, araşdırmaçılar görüşdə millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva onların Azərbaycana səfərinin, görüş və müzakirələrin çox əhəmiyyətli olduğunu deyib. Qənirə Paşayeva çıxışında Türk dünyasının ən böyük problemi olan Qarabağ problemindən, Xocalı Soyqırımından danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır.
Qənirə Paşayeva bir neçə gün sonra başlayacaq ilk Avropa Olimpiya Oyunları ilə də bağlı fikirlərini bildirib və “qardaş və dostlarımızı da bu tarixi hadisəni izləməyə dəvət edirik” deyib.
Azərbaycanı çox sevdiklərini deyən Türk Dünyasından gəlmiş millət vəkili, KİV rəhbərləri, şair və yazarlar Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər.
Teqlər: