Azərbaycan tibbində ilk dəfə - FOTO
Uroloq Vasif İsmayıl qeyd edib ki, ATU-nun Tədris Cərrahiyyə klinikasına müraciət edən bu xəstədə prostat vəzin tamamilə çıxarılması əməliyyatı - radikal prostatektomiya əməliyyatı aparılamalı idi: “Radikal prostatektomiyanı həm klassik, açıq əməliyyatla, yəni köhnə metodla aparmaq mümkündür, həm də laporoskopik, robot yardımı ilə etmək olar. Biz isə laporoskopik radikal prostatektomiyaya qərar verdik. Bu əməliyyat bütün laporoskopik əməliyyatların ən çətini və əziyyətlisi sayılır”.
Qeyd edək ki, ATU-nun Tədris Cərrahiyyə klinikasında icra edilən bu əməliyyatda Vasif İsmayılla yanaşı, Türkiyənin məşhur uroloqu Yaşar Özgük, Almaniyada yerləşən Haydinbörq Klinikasının urologiya şöbəsinin şef yardımçısı Əli Sərdar Gözen də iştirak edib.
Vasif İsmayıl qeyd edir ki, “bu əməliyyatın icrası təkcə ATU üçün deyil, ümumiyyətlə Azərbaycan tibb elmi üçün əlamətdar bir hadisədir. Laporoskopik radikal prostatektomiya əməliyyatını Azərbaycanda ilk dəfə icra etmək bizim də həvəsimizi artırır. Çünki biz artıq bir neçə ildir ki, laporaskopik urologiya ilə ciddi şəkildə məşğul oluruq. Əməliyyat etdiyimiz xəstənin indiki vəziyyəti normaldır, adekvatdır, özünü yaxşı hiss edir”.
AzVision.az
Teqlər: