Avropa Oyunları ilə bağlı tədbirin vaxtı dəyişdi

Avropa Oyunları ilə bağlı tədbirin vaxtı dəyişdi
  10 İyun 2015    Oxunub:1723
Prezidenti Administrasiyası ilə Gənclər və İdman Nazirliyinin iyunun 11-də saat 12:00-da “Four Seasons” otelinin “Segah” zalına təyin olunmuş birgə mətbuat konfransının vaxtı dəyişdirilib. Tədbir saat 16:00-da başlayacaq.

Tədbirin vaxtının dəyişdirilməsi həmin gün eyni vaxtda l Avropa Oyunları Əməliyyat Komitəsinin Azərbaycana gəlmiş xarici jurnalistlər üçün mətbuat konfransı təyin etməsi ilə əlaqədardır.

Qeyd edək ki, Prezidenti Administrasiyası və Gənclər və İdman Nazirliyinin mətbuat konfransı yerli və l Avropa Oyunlarını işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlərin çoxsaylı müraciətlərinə əsasən təşkil olunur. Mətbuat konfransında Azərbaycanın daxili və xarici siyasəti, ictimai-siyasi həyatı, habelə l Avropa Oyunlarına hazırlıq mərhələsi, idman yarışlarının təşkili və digər məsələlərlə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılacaq (APA).


Teqlər:





Xəbər lenti