Qorxulu statistika: 4 ayda 4200 boşanma

Qorxulu statistika: 4 ayda 4200 boşanma
  11 İyun 2015    Oxunub:3347
Azərbaycanda boşanan ailələrin rəsmi statistikası açıqlanıb.

AzVision.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 24 300 nikah və 4 200 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,8, boşanmaların sayı isə 1,4 olub.

Komitədən verilən məlumata görə, bu ilin yanvar-aprel aylarında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 727 nəfər gələn və 269 nəfər ölkədən gedən qeydə alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti