Deputatın qardaşı oğlu həbs edildi - Təfərrüatlar
Şikayət əsasında faktlar toplanılıb və N.Əhmədov saxlanılaraq istintaqa cəlb olunub. Ona Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub. Məhkəmənin qərarı ilə N.Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək N.Əhmədov Milli Məclisin deputatı Vahid Əhmədovun qardaşı oğludur. Deputatın oğlu Zəfər Əhmədov isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müstəntiq vəzifəsində çalışır.
Cinayət işində zərərçəkən kimi qeyd olunan R.İsgəndərov Azərbaycanın Milli Qəhrəmanı, 1995-ci il mart hadisələrində şəhid olan Famil İsgəndər oğlu İsgəndərovun qardaşıdır.
(Report)
Teqlər: