Bakıda qanlı olay: bir ailənin üç üzvü bıçaqlandı
Müəyyən edilib ki, həmin şəxslərin üçünə də bıçaq xəsarətləri eyni adamlar tərəfindən yetirilib. Hazırda bıçaq xəsarəti almış şəxslərdən ikisi - Aydın Bağırovla Ənvər Məmmədovun müalicəsi xəstəxanada həkim nəzarəti və polis mühafizəsi altında davam etdirilir. Taleh Bağırov isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Qanlı hadisənin hansı şəraitdə baş verdiyi dəqiq məlum deyilir. Faktı Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşları araşdırır. Məlumata görə, bıçaqlanan şəxslərdən ata-oğul Bağırovlar əvvəllər narkotik vasitələrin alqı-satqısına görə məhkum olunub. (Apa)
Teqlər: