Azərbaycanda 9 nəfəri gün vurub

Azərbaycanda 9 nəfəri gün vurub
  20 İyun 2015    Oxunub:2866
Azərbaycanda havanın temperaturunun yüksəlməsi günvurma hallarının artmasına səbəb olub.
May ayının 20-dən başlayaraq bu günə kimi 9 nəfər günvurma diaqnozu ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.

Stansiyanın baş həkiminin müavini Rauf Nağıyev AzVision.az-a bildirib ki, onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Günvurma diaqnozu qoyulan digər xəstələrə isə yerində yardım göstərilib.

Şöbə müdirinin sözlərinə görə, ən yaşlı xəstə 54 yaşında olub. Günvurma daha çox 30-40 yaşlarında olub.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti