Azərbaycanlı iş adamı şəxsi həyatından danışdı

Azərbaycanlı iş adamı şəxsi həyatından danışdı
  20 İyun 2015    Oxunub:16017
“Bir neçə gün sonra 29 yaşım tamam olacaq. 30 yaşıma bir ilim qalır və artıq ailə qurmaq arzusunayam”. Bu sözləri ölkənin diqqət mərkəzində olan subaylarından və əyləncə sektorunun əsas simalarından olan gənc iş adamı Mütəllim Alışanov AzVision.az-a deyib.

- İşlərimin çox olması səbəbilə şəxsi həyatıma vaxt ayıra bilmədiyimdən hələ də subayam. Bir neçə gün sonra 29 yaşım tamam olacaq və düşünürəm ki, heç olmasa 30 yaşıma kimi ailə qurmalıyam,- deyən biznemen hələ ki, namizədinin olmadığını, amma axtardığını bildirib.

O, deyib ki, həyatımı bölüşməyə layiq olan xanımı tapmaq arzusundadır: “İşim mənim üçün çox vacibdir. Daim irəliləyiş üçün çalışan biriyəm. Həyatımı bölüşəcəyim qadın hər şeydən əvvəl mənim mənəvi dayağım olmağı bacarmalıdır. İşimi, həyat tərzimi anlamalı və olduğu kimi qəbul etməlidir. Həm ağıllı, həm düzgün həm də başadüşən bir xanımın qarşıma nə vaxt və harda çıxacağını həyat göstərəcək”.

Nura
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti