Rusiyalı jurnalistlər AzərTac-da olublar

Rusiyalı jurnalistlər AzərTac-da olublar
  23 İyun 2015    Oxunub:2353
İlk Avropa Oyunlarından reportaj hazırlamaq üçün Bakıya gələn “Moskovski komsomolets” qəzetinin əməkdaşları – Janna Qolubitskaya və Aleksandr Həsənov iyunun 23-də AzərTac-da olublar.

Baş direktor Aslan Aslanov rusiyalı jurnalistlərlə görüşdə qeyd edib ki, AZƏRTAC Rusiya kütləvi informasiya vasitələri ilə əməkdaşlığa böyük önəm verir və onun qonşu ölkənin bir sıra media strukturları ilə yaxşı əlaqələri mövcuddur. AZƏRTAC xüsusilə TASS informasiya agentliyi ilə uzun illərdir sıx tərəfdaşlıq edir. Bundan əlavə, agentliyin Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində təşkil etdiyi “dəyirmi masa”lara Rusiyanın tanınmış KİV nümayəndələri dəvət olunur. Ötən il “Moskovski komsomolets” qəzetinin Forumda iştirakı onun AZƏRTAC ilə əlaqələrinin yaxşılaşmasına təkan verib.

“Bakı çox dəyişib. Burada olmaq həmişə xoşdur. Azərbaycanda medianın işi də yüksək səviyyədədir. 2014-cü ildə Bakı Beynəlxalq Humanitar Forumunda iştirakım zamanı AZƏRTAC-da peşəkar bir kollektivin çalışdığının şahidi oldum”, - deyə Janna Qolubitskaya bildirib. O qeyd edib ki, Azərbaycanda rus dilinə böyük diqqət göstərilir və “Moskovski komsomolets” qəzetinin rəhbərliyi burada nümayəndəliyinin açılmasına maraq göstərir.

Görüşdə həmçinin müasir medianın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, qonaqlara AZƏRTAC-ın beynəlxalq informasiya təşkilatlarındakı fəaliyyəti, ilk Avropa Oyunlarının rəsmi media tərəfdaşı olması barədə məlumat verilib.


Teqlər:





Xəbər lenti