Qadın və kişi sürücü arasında dava düşdü
Hadisə Şərifzadə prospektində baş verib. Avtobus sürücüsü dayanacaqdan çıxarkən arxadan gələn xanım sürücü ilə mübahisəyə başlayıb. Mübahisə getdikcə qızışıb və davaya çevrilib.
Xanım sürücü də öz növbəsində avtobus sürücüsü ilə dalaşıb. Avtobus sürücüsü isə xanım sürücünü təhqir etməyə başlayıb. Qadının atasını söyüb.
Məsələ ilə əlaqədar 77 saylı avtobusun nəzarətində olan "4-cü blok" MMC ilə əlaqə yaratdıq. Şirkətin direktoru Malik Orucovun verdiyi məlumata görə, hadisə barədə məlumatı var. Hazırda baş verən hadisə araşdırılır və əgər avtobus sürücüsünün günahı sübuta yetirilərsə, o cəzalanacaq.
"Xanım sürücü ilə də danışıq aparılacaq. Avtobus sürücüsü yaşlı kişidir. İndi məsələni araşdıracağıq, günahı varsa, onu işdən kənarlaşdıracağıq", - deyə Malik Orucov bildirib.
Teqlər: