Bakıda çimərlikdə batmaq təhlükəsi ilə üzləşmiş 3 şəxs xilas edilib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə Xəzər rayonunda dənizdə (“Pirşağı” sularda xilasetmə məntəqəsindən təxminən, 1500 metr məsafədə, nəzarət olunmayan ərazidə) baş verib. Batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.