Robot adam öldürdü

Robot adam öldürdü
  02 İyul 2015    Oxunub:3503
`Volkswagen` zavodununda nəzarətdən çıxan robot gənc fəhləni öldürüb. Hadisə Almaniyada baş verib.

AzVision.az `Financial Times`-a istinadla xəbər verir ki, robot əvvəlcə 21 yaşlı fəhlənin sinəsindən vurub, sonra isə onu metal lövhəyə sıxaraq öldürüb. Hadisə fəhlə robotu sazlamaq istəyərkən baş verib.

Bu, qeyri-adi hadisə sayılır. Çünki zavodlarda robotların nəzarətdən çıxması hallarına adətən demək olar ki, rast gəlinmir.

AzVision.az


Teqlər:





Xəbər lenti