Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildə Moskvada anadan olub. O, Bakıda 160 saylı məktəbdə orta təhsil alıb. İsveçrə və Böyük Britaniyada ali təhsil alıb. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası uzrə magistr pilləsini bitirib.
Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir.
Prezidentin qızı 2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan "Bakı" jurnalının təsiscisi və baş redaktorudur.
2010-cu ilədək Moskva Dövlət Beynəlxalq Munasibətlər İnstitutunda Azərbaycan Gənclər Klubunun sədri olub.
2008-ci il may ayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi olub. O, 2009-cu il aprelin 8-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri seçilib.
Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.
Leyla Əliyeva aktiv fəaliyyətinə görə bir sıra yüksək mükafatlara layiq görülüb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


