Cəbhə bölgəsində müəllimlərlə görüş
Millət vəkili Qənirə Paşayeva, TUSİAB –ın sədri Yavuz Keleş, baş katibin müavini Selcuq Düzgün, qurumun bir sıra nümayəndələrinin iştirakı ilə Tovuz rayonunun ön cəbhədə yerləşən Əlibəyli kəndində müəllimlərlə və məktəb kollektivi ilə görüş zamanı Ramazanın bir yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayaraq, onlara Allahdan bütün dualarına çatmalarını diləyib, qayğı və problemləri ilə maraqlanıblar.
Ramazan Bayramı münasibətilə ön cəbhədə yerləşən Əlibəyli kəndində müəllimlər və Əlibəyli kənd məktəbinin bütük kollektivini öz hədiyyələri ilə təbrik edən TUSİAB-a və onun rəhbərliyinətəşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bu cür dəstəklərin, ozəlliklə cəbhə bölgələrinə edilməsinin çox önəmli olduğunu bildirib. Ön cəbhədə yaşayan ziyalıların,insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışan millət vəkili dövlətimizin daim ön cəbhə kəndlərini xüsusi diqqətdə saxladığını və qayğı göstərdiyini deyərək, burada yaşayan insanların Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan işğalçılıq siyasəti zamanı da bu kəndlərin daim qəhrəmanlıqla düşmənə qarşı mübarizəsini hər yerdə yaşayan gənc nəsillərə daha yaxşı öyrədilməsinin vacibliyini vurğulayıb.
TUSİAB sədri Yavuz Keleş ön cəbhədə - Əlibəylidə fəaliyyət göstərən bütün müəllimləri və məktəb kollektivini təbrik edib və onlara ən gözəl arzularına çatmasını diləyib. Azərbaycan-Türkiyə qardaşlığı barədə danışan Yavuz Keleş onlara TUSİAB adından qarşıdan gələn bayramla bağlı hədiyyələri də təqdim edib.
Millət vəkili Qənirə Paşayeva və TUSİAB rəsmiləri kənddə bir sıra maddi imkanları zəif ailələrlə də görüşüblər və onların da qarşıdan gələn bayramlarını təbrik ediblər.