Azərbaycan gəncliyinin siması

Azərbaycan gəncliyinin siması
  03 İyul 2015    Oxunub:6633
Fidan Yusifli
Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi

Azərbaycan həqiqətlərinin, mədəniyyətinin dünyaya tanıdılmasında gənclik böyük paya sahibdir. "Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir",- bu sözü Milli Lider Heydər Əliyev demişdi. Doğrudan da, ölkənin gələcəyi gənclərdən asılıdır.

Gənclik olaraq qazandığımız hər bir uğurda lider gənclərimizin böyük rolu var ki, bu siyahıda ilk yeri Leyla xanım Əliyeva tutur. Azərbaycan gəncliyinin bütün xarakterik xüsusiyyətlərini Leyla xanımın fəaliyətində müşahidə edə bilərik: vətənpərvər, millətçi, təbiət dostu, incə qəlbli, xeyriyyəçi, yardımsevər, hər bir gənc üçün həqiqi dost, layiqli övlad!

Mən böyük bir fəxr hissilə demək istərdim ki, Azərbaycan gəncliyinin siması Leyla Əliyevadır. Leyla xanımın bu gün istər Azərbaycanın daxilində istər xaricdə göstərdiyi fəaliyyəti hamımız çox yaxşı bilirik və görürük. “Xocalıya ədalət” kampaniyası ilə bütün dünyanı Xocalı üçün ayağa qaldıran xanım Əliyeva öz daxilində böyütdüyü vətən sevgisini, vətəndaşının dərdini bəyan etdi.

Onun Azərbaycan dilinə olan sayğısını, sevgisini “Heydər Əliyev Fondu”nun vitse-prezidenti olaraq Rusiyada açdırdığı azərbaycandilli məktəbləri, təşkil etdiyi sərgilər və bu kimi digər fəaliyyətlərdə görməyimiz mümkündür.

Rəhbəri olduğu “İDEYA” İctimai Birliyinin həyata keçirdiyi layihələrdə onun təbiətə, təbiiliyə olan vurğunluğu müşahidə edilir. “Baku” jurnalı dünyanın dörd bir bucağında Azərbaycan mədəniyyətinin hər bir sahələrini təbliğ etməklə məşğuldur. Bütün bunlar aysberqin sadəcə görünən hissəsidir.

Bu gün Leyla xanımın doğum günüdür. Leyla xanımı öz timsalımda bütün Azərbaycan gəncliyi adından təbrik edir ən xoş arzularımı çatdırmaq istəyirəm. Biz sizin kimi nümunə götürə biləcəyimiz şəxsin varlığından böyük qürur hissi keçiririk. Mən əminliklə deyə bilərəm ki, əgər gənc olaraq hər birimiz Leyla xanımın fəaliyyətinin cüzi bir hissəsinə sahib ola bilsək, çiynimizdə olan vətənimizin gələcəyinin işıqlı olmasına heç bir şübhə qalmayacaq. Və biz söz veririk ki, Vətənimizə, Ali baş komandanımıza və sizin kimi liderimizə layiq olmaq üçün var gücümüzlə çalışacağıq.


Teqlər:





Xəbər lenti