Bakıda polis qadına görə canından keçdi - Video
FHN-dən verilən məlumata görə, polis əməkdaşının axtarışları davam etdirilir.
***
Oxu.az-ın əldə etdiyi məlumata görə, dənizdə Batan Zaur Nurəliyev İsmayıllı rayonunun Buynuz kəndindəndir.
Onun cəsədi artıq sudan çıxardılaraq, dəfn edilmək üçün doğulduğu rayona aparılıb. Bildirilir ki, vətəndaşlar küləkli havada dənizdə çimərkən boğulmağa başlayıblar.
Öz növbəmizdə qeyd etmək istərdik ki, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, vətəndaşlarımız çimmək qadağan olunan hava şəraitində də suya girməkdən çəkinmirlər və belə hallar insan ölümü ilə nəticələnir.
Onu da əlavə edək ki, dənizdə boğulan Zaur Nurəliyev 40 gün əvvəl ata olmuşdu.