Qənirə Paşayeva məktəbin kollektivinə söz verdi
Millət vəkili gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq bildirib ki, Dönük Qırıqlı kənd orta məktəbi Tovuzun yaxşı təhsil ənənələri olan məktəblərindən biridir.
Müəllimlər Dönük Qırıqlı kənd orta məktəbinin binasının köhnə olması, təhsil üçün o qədər yararlı vəziyyətdə olmaması və məktəb binasının təcili əsaslı təmirinə böyük ehtiyacı olduğunu deyiblər. Dönük Qırıqlı kənd orta məktəbin binasının vəziyyətinin təhsil üçün çox ağır vəziyyətdə olduğunu deyən millət vəkili Qənirə Paşayeva baş nazir cənab Artur Rəsizadəyə və Təhsil Nazirinə müraciət etdiyini, problemin həllini tapması üçün Bakıya qayıtdıqdan sonra bununla bağlı təkrarən Təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi müraciət edəcəyini də vurğulayıb.
Millət vəkili uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamanı faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənnməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb.
“İnkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir”,- deyən Qənirə Paşayeva valideynləri və müəllimləri də gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb.
Teqlər: