Şirvandakı qəzadan son xəbər: 1 ölü, 19 yaralı (YENİLƏNİB)
Zavodun sexlərdən birində baş verən qəza nəticəsində sexin tavan hissəsi çöküb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.
Hadisənin baş vermə səbəbləri araşdırılır. Ölən və yaralananların adları dəqiqləşdirilir. (Apa)
****
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın AzVision.az-a verdiyi məlumata görə, Şirvan rayon Mərkəzi Xəstəxanasına 19 nəfər yaralı gətirilib. Onların içərisində yüngül və ağır zəhərlənənlər var.
Ölənlər barədə hələ ki, məlumat yoxdur. Hazırda təcili tibbi yardım maşınları hadisə yerindədir və yaralıları xəstəxanaya gətirirlər.
Nazirliyin rəsmisi onu da bildirib ki, hadisə yerinə Bakıdan reanimotoloq, yanğınla bağlı mütəxəssislər göndərilib.
Müdafiə sənayesi naziri Yavər Camalov da hadisə yerindədir.
***
Şirvan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından qəza zamanı bir nəfərin öldüyünü təsdiqləyiblər.
***
Hadisə zamanı dünyasını dəyişən şəxs Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızıdır.
Gültəkin Ələsgər