`Siz Azərbaycan xanımlarında ruh yüksəkliyi yaratdınız` - Birinci xanıma açıq məktub

`Siz Azərbaycan xanımlarında ruh yüksəkliyi yaratdınız` - Birinci xanıma açıq məktub
  06 İyul 2015    Oxunub:2612
“Hörmətli Mehriban xanım, Avropanın idman tarixinə ilk möhürünü vuran Bakı-2015 Birinci Avropa Oyunları möhtəşəm Açılış ilə başladığı kimi, möhtəşəm bağlanış mərasimi ilə də yekun vurdu. Bununla da bir daha Azərbaycan xalqı başladığı işin sonuna nida qoymaği bacardı. Yəni ki, mən edirəm, edərəm. Bacarıram və bacararam. Və bu gücü hamı gördü”.

Bu sözlər həkim-dietoloq Ləman Süleymanovanın Azərbaycanın birinci xanımı, İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya yazdığı açıq məktubdandır. Ləman Süleymanova daha sonra yazır:

- Birinci Avropa Oyunları dostlara bayram oldu, düşmənlərə isə sinə dağı. Birinci Avropa Oyunları yaşından, kimliyindən asılı olmayaraq bütün Azərbaycanlıları bir yumruq, bir güc arxasında birləşdirdi. “Güc birlikdədir” devizi ilə hər kəs eyni hədəfə doğru səfərbər oldu.

Bu oyunlar dünyaya Azərbaycanın təkcə gücünü və nəyə qadir olmasını göstərmədi. İnsanlara ruh yüksəkliyini , özünə inam hissini aşıladı. `Baki-2015` möhtəşəmliyilə sübut etdi ki, dövlət özünə arxayın və mübariz olanda hər şeyə qadirdir. Bu yarışlarda idmançılarımız 21 qızıl, 15 gümüş, 20 bürünc əldə edərək Azərbaycanı yarışda ikinci etdi. Qazanılan qələbələr daha böyük qələbəyə yaxın olduğumuzu göstərdi. Qarabağ uğrunda qazanacağımiz qələbəyə işarə etdi.

Hörmətli Mehriban xanım, qadın zəif sayılmasa da, zərif qüvvə kimi tanınıb. İncə duyğuların daşıyıcıları kimi tanınıb. Hər şeydən öncə o, anadır, həyat mənbəyidir. Sizin timsalınızda bütün Avropa, bütün dünya Azərbaycan qadınının nəyə qadir olduğunu gördü. Birinci Avropa Oyunlarının təşkilat komitəsinin sədri olaraq bir xanım üçün ən çətin, və ən ağır bir yükün altına keçdiniz.

Hər halda bu yük, fərqli yük idi. Bir xanım üçün olduqca ağır ola bilərdi. Ağırlığı qədər də məsuliyyəti var idi. İlk dəfə keçiriləcək bir yarışın böyük həyacanı yaşanırdı. Biz burda Avropaya qucaq açdığımızı, qonaqpərvərliyimizi, səmimiyyətimizi göstərdiyimiz halda Avropada bizə qarşı oynanılan oyunları da gözəl görürdük. Amma bu çirkin piarlar oyunlara kölgə salmağı bacarmadı. Sizin gərgin əməyiniz sayəsində Azərbaycan bu sınaqdan üzü ağ çıxdı. Ölkəmiz bir daha tanındı.

Birinci Avropa oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla keçirilən görüşdəki çıxışınız vətənpərvərlikdən irəli gəlirdi. “17 gün ərzində Azərbaycan xalqı bir komanda və siz bu komandanin şərəfli kapitani idiniz. Belə olan halda əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir. Xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir. Cənab prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə tam gücümüzlə xidmət etməyə hazırıq” sözlərinizlə bizi qələbəyə səslədiniz.

Hörmətli Mehriban xanım, siz bütün Azərbaycan xanımlarında ruh yüksəkliyi yaratdınız. Siz biz xanımlara qəhramanlığı öyrətdiniz. `Aslanın erkəyi-dişisi olmaz` deyimini bir daha xatırlatdınız. Biz öyrəndik ki, zərif olduğumuz halda belə çox böyük işlərin öhdəsindən gələ bilərik. Hələ tarixin bütün mərhələlətində Azərbaycan qadınının hansı rol oynadığını , onun qəhramanlığını , əski tariximizdə xanımlarımızın rolunu yalniz kitablardan oxumuşduq. Bəzən bu bizə elə nağıl kimi gəlirdi. Məhz sizin bu gün göstərdiyiniz sücaət o nağılların həqiqət olduğunu bizə inandırdı. Biz Azərbaycan qadınları bir daha inandıq ki, biz çox güclüyük, çoxxx...


Teqlər:





Xəbər lenti