Bakıda dəhşətli qətl: 21 yaşlı oğlan anasını öldürdü

Bakıda dəhşətli qətl: 21 yaşlı oğlan anasını öldürdü
  07 İyul 2015    Oxunub:3333
Siyavuş Zöhrabov anasını qısqanclıq zəminində qətlə yetirib
AzVision.az xəbər verir ki, Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mehdi Abbasov küçəsi ev 33-də qeydə alınıb.

1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən S. Zöhrabov tutulub.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Teqlər:  





Xəbər lenti