Bakıda iki qardaşın qanını tökdülər
Həkimlər Baladadaş Rəhimova döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, qardaşı Failə isə başın alın nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyublar. Hər iki xəstə əməliyyat olunub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırmalara başlanılıb. Məlum olub ki, qardaşları aralarında yaranan mübahisə zamanı öz tanışları vurub.
Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşları şübhəli şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər. (Apa)
Teqlər: