15 gün əvvəl itkin düşən həkimin meyiti tapıldı

15 gün əvvəl itkin düşən həkimin meyiti tapıldı
  09 İyul 2015    Oxunub:2860
Xızı rayonunun ərazisində meyit tapılıb.
Xızı Rayon Polis Şöbəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyevanın yanmış cəsədi rayonun Yeni Yaşma qəsəbəsi ərazisində aşkar edilib.

Meyitə ilkin baxış zamanı N. Əliyevanın qətlə yetirildiyi məlum olub.

Polisdən N. Əliyevanın bu il iyun ayının 25-dən 26-na keçən gecə paytaxtın Xətai rayonunda itkin düşməsi barədə ərizə daxil olduğu bildirilib.

Qeyd edək ki, N. Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib, üç övladı var.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.(Apa)


Teqlər:  





Xəbər lenti