Lənkəranda polisə qarşı qanlı cinayət

Lənkəranda polisə qarşı qanlı cinayət
  10 İyul 2015    Oxunub:3002
Bu gün günorta saatlarında Lənkəranda bıçaqlanan polis əməkdaşının kimliyi məlum olub.
AzVision.az "Report"-a istinadən xəbər verir ki, bu 1993-cü il təvəllüdlü Şirinov Elman Fərman oğludur.
Məlumata görə, o, sol çiyin nahiyəsindən kəsilmiş-deşilmiş yara ilə Lənkərandakı hərbi hospitala yerləşdirilib.

Qeyd edək ki, bu gün Lənkəran şəhərinin Fizuli küçəsində aralarında yaranan şəxsi mübahisə zəminində hələlik adı açıqlanmayan şəxs iki nəfərə bıçaqla xəsarət yetirib. Polislı yanaşı onun qardaşı 1991-ci il təvəllüdlü Valeh Şirinov da boyun nahiyəsindən xəsarət alıb.

Hadisənin tam təfərrüatı hələlik məlum deyil. Cinayəti törətməkdə təqsirli bilinən şəxs artıq saxlanılıb. İstintaq tədbirləri aparılır.


Teqlər:  





Xəbər lenti