`Skayp`da ərinin ikinci ailəsini görən qadın intihar etdi
Hadisədən xəbər tutan ailə üzvlərinin köməyi ilə o ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada bir gün ağır vəziyyətdə qalan üç uşaq anası G.Hacıyeva elə həmin xəsrəxanada keçinib.
Kənd sakini Siyavuş Məmmədəliyevin verdiyi məlumata görə, hadisə qısqanclıq səbəbindən baş verib. Belə ki, intihar edən G.Hacıyeva uzun müddətdir Rusiya Federasiyasında yaşayan həyat yoldaşı ilə Skayp vasitəsi ilə danışarkən kamerada ərinin Moskvadakı həyat yoldaşını, onun uşaqlarını və öz böyük oğlunu görüb.
Bundan qəzəblənən xanım sirkə tutşusu içib və canına qəsd edib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki,özünü öldürə xanım Böyük Dəhnə kəndindəki uşaq bağçasında texniki işçi olub.(ans)