`ASAN Kadr` könüllülərə şans yaratdı
Belə ki, İlk Avropa Oyunları könüllüləri asankadr.az portalında öz CV-lərini yerləşdirərək mövcud vakansiyalara müraciət etmək şansı qazanırlar.
Bunun üçün könüllülərin CV doldurarkən sertifikatlarının skan versiyasını yerləşdirmələri mütləqdir. Əks halda qeydiyyatları təsdiq olunmayacaq və portalın imkanlarından istifadə edə bilməyəcəklər.
Qeyd edək ki, www.asankadr.az portalı ASAN könüllülərin vakansiya portalıdır. “ASAN kadr”-ın formalaşdırılmasında əsas məqsəd gənc, təcrübəli və iş potensialı ilə fərqlənən məzun ASAN Könüllülərinin peşakar karyera qurmalarına dəstək olmaqdır. Bu günə kimi 495 nəfər ASAN könüllüsü dövlət orqanlarında, həmçinin özəl şirkətlərdə işlə təmin edilib. Onların uğur hekayələri də portalda işıqlandırılıb.