Təmiz balı necə tanımaq olar? – VİDEO

Təmiz balı necə tanımaq olar? – VİDEO
  10 İyul 2015    Oxunub:10543
Arıçılıq kənd təsərrüfatında gəlirli sahələrdən sayılır. Uşaqlıqdan arıçılıqla məşğul olan Tovuzun Bozalqanlı kənd sakini Əsgər Həsənov deyir ki, keyfiyyətli məhsul əldə etmək üçün arılara yaxşı qulluq olunmalıdır.

Ötən il bal yığımı zamanı məhsuldarlığın aşağı olduğunu deyən fermer bu il vəziyyətin fərqli olacağına inanır. Fermerin sözlərinə görə, hər arı ailəsi ən azı 10-15 kq bal verir. Lakin balın hamısı götürülmür, bir hissə arılara növbəti yaza qədər yaşamaq üçün qida kimi saxlanılır.

Süzülən bal isə bankalara yığılaraq satışa çıxarılır. Bu balın 1 kq-ı alıcılara 25-30 manata təklif olunur. Bəzənsə kefiyyətə görə qiymət dəyişir. Əksər insanlar xalis balı saxta baldan ayırmaqda çətinlik çəkir.

Müsahibim deyir ki, xalis balı digərlərindən fərqləndirmək üçün sadə üsul var. Ustad arıçı saxta balı od vasitəsi ilə müəyyən edir. Deyir ki, bir qaşıq balı közün üstündə qızdırıb qaynatmaq lazımdır. Əgər qaşığın kənarlarında ağ köpük yığılırsa bu, xalis baldır. Yox, əgər qırmızı köpük əmələ gələrsə demək tərkibində şəkər tozu var, yəni saxta baldır (TTV).




Teqlər:  





Xəbər lenti