`Erkən nikahlara yol verməməliyik` - Qənirə Paşayeva
- Hər bir qızımızın öncə normal orta təhsil alıb, ali təhsil dalınca və ya hər hansı bir peşə öyrənmək arxasında getməsi çox vacibdir,- deyən millət vəkili bunun məhz həmin qızların gələcəyi üçün önəmindən danışıb.
Qənirə Paşayeva bildirib ki, bu gün Tovuzda bizi ən ciddi narahat edən məsələlərdən biri həyat yoldaşını itirən qadınların üzləşdiyi ciddi çətinliklər və ya ailəsi dağılan qadınların övladları ilə birlikdə ciddi problemləridir: “Çalışmalıyıq ki, qızlarımız hər hansı bir peşəni öyrənsinlər ki sabah çıxılmaz vəziyyətdə qalmasınlar. Ondan sonra təbii ki hər bir qızımız ailəsini də qurmalıdır".
Erkən evliliklərin qızların ana kimi formalaşması, sağlamlığı üçün də problem yaratdığını deyən millət vəkili yaxın qohum nikahları ilə də bağlı kəndlərdə sakinlərlə geniş söhbət edib. Hələ də kəndlərimizdə yaxın qohum nigahının yaxşı olmasını düşünərək bu cür ailə quranların olduğunu deyən millət vəkili bunun nəticəsində irsi qan xəstəliklərinin artdığını deyərək, sakinləri bu məsələyə həssas yanaşmağa çağırıb.
Son illər Tovuzda Hepatit C-yə yoluxanların sayının artdığını deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, hər bir insan diş həkiminə, qadın və kişi salonuna gedəndə, ginekoloqa müraciət edəndə və s. hallarda oranın sanitariya vəziyyətinə ciddi diqqət etməlidir.
Teqlər: