Bakıda 44 yaşlı qadının meyiti tapıldı

Bakıda 44 yaşlı qadının meyiti tapıldı
  12 İyul 2015    Oxunub:2217
Bakının Nəsimi rayonunda yaşayış mənzilindən qadın meyiti aşkarlanıb.
AzVision.az-ın FHN-ə istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 1971-ci təvəllüdlü Əhmədova Ülviyyə Sədaqət qızının Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Hadisə yerinə dərhal FHN-nin xilasediciləri cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açaraq adı çəkilən şəxsin cəsədini aşkarlayıblar.

Ü.Əhmədovanın cəsədi aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 22:39-da başa çatıb.


Teqlər:





Xəbər lenti