Nazirlikdə iclas keçirilib

Nazirlikdə iclas keçirilib
  13 İyul 2015    Oxunub:2684
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin “ISCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” tapşırığı çərçivəsində 9 iyul 2015-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində maliyyə və sğorta üzrə Sahə Komissiyasının 1-ci iclası keçirilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin “ISCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” tapşırığı çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında fəaliyyət göstərən Dövlət Məşğulluq Xidməti, Təhsil Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Statistika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" İctimai Birliyi maliyyə və sığorta sahəsində aparıcı müəssisələrdən olan “Paşa Kapital” MMC, “PSG-Broker”, Bank of Baku ASC, “FINCA Azerbaijan”, “Qarant Sığorta” ASC, Atəşgah” Sığorta Şirkətivə sözügedən layihənin mütəxəssislərinin iştirakı ilə 10 iyul 2015-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində maliyyə və sğorta üzrə Sahə Komissiyasının 1-ci iclası keçirilib.

Görüşdə layihənin Peşə standartları qrupunun rəhbəri Firdovsi Mütəllimov maliyyə və sğorta sektoru üzrə hazırlanmış nümunəvi peşə standartlarının hazırlanması prosesi haqqında təqdimatla çıxış edib. Sonra Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun İlk peşə ixtisas təhsili şöbəsinin müdiri Rəsul Əsgərov peşə standartları ilə kurikulum və təhsil standartları arasındaki əlaqə və mövcud problemlər haqqında məlumat verdi və eyni zamanda peşə standartlarının faydalarından bəhs edərək bu sahədə öz təklif və tövsiyyələrini iclas iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra görüş müzakirə şəklində davam etdirildi.

Görüş zamanı maliyyə və sğorta sahəsi üzrə hazırlanmış və müəssisələrlə yerli şəraitə uyğunlaşdırılmış 7 nümunəvi peşə standartının (Əmək haqqının hesablanması üzrə mütəxəssis, Kredit mütəxəssisi, Sığorta agenti, Sığorta məhsullarının satışı üzrə mütəxəssis, Maliyyə vasitəçiliyi üzrə agent, Maliyyə sahəsində risklərin idarə edilməsi üzrə mütəxəssis, Lombard işçisi) layihə variantı Komissiya üzvlərinə rəy və təkliflərin verilməsi üçün təqdim edildi. Sahə Komissiyalarının üzvlərinin maliyyə və sğorta sahəsi üzrə hazırlanmış 7 nümunəvi peşə standartı ilə bağlı rəy və təkliflərini 7 iş günü ərzində bildirmələri razılaşdırıldı.


Teqlər:





Xəbər lenti