Maşını polisin üstünə sürdü - VİDEO
Tovuzdan başlayan reyd zamanı polislər daha çox sənədsiz sükan arxasında əyləşənləri aşkarlayıb. Sərnişindaşıma ilə məşğul olan sürücüyə haqq qazandıran sərnişinlər də tapılıb.
Qazaxda isə sərxoş sürücülər çoxluq təşkil edib. Yerində aparılan həkim yoxlaması bunu deməyə əsas verir. Hətta, avtomobili yol polisinin üstünə sürənlər də tapılıb.
Şəmkirdə də xeyli qayda pozuntusu aşkarlanıb. Onlarla sürücü inzibati qaydada cərimələnib.
Ümumilikdə, 300-ə yaxın sürücüyə inzibati protokol tərtib edilib. (Region TV)
Teqlər: