Maştağada uşaqbazı maşınında öldürdülər - Video

  14 İyul 2015    Oxunub : 3338
Maştağada uşaqbazı maşınında öldürdülər - Video
Bakıda növbəti qətl hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, Maştağa qəsəbəsində Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus “AzSamand” markalı avtomobildən üzərində kəsilmiş-deşilmiş bıçaq xəsarətləri olan meyit aşkar olunub.

Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində qətlə yetirilən şəxsin Bakı şəhər sakini, əvvəllər CM_nin uşaqbazlıq və narkotik vasitələrdən istifadə etmə maddəsi ilə məhkum olunmuş 1959-cu il təvəllüdlü Rauf Mikayıl oğlu Əliyev olduğu məlum olub.

Hadisədə şübhəli bilinən Yusif adlı şəxsin tutulduğu bildirilir. Soyadı hələ dəqiqləşdirilməyən Yusif də əvvəllər məhkum olunub. Qətl hadisəsi söyüş üstündə baş verib.



Teqlər: